Xaricdə Təhsil

Xaricdə Universitet

Xaricdə təhsil almaq düşüncəsi son illər azərbaycanlı tələbələr arasında çox populyarlaşıb. Akare Xaricdə Təhsil Mərkəzi olaraq abituriyentlərimizə Türkiyə, İngiltərə, Amerika, İtaliya, Kanada, Polşa, Hollandiya, Fransa, Avstraliya, İspaniya, İsveç, İrlandiya, İsveçrə, Litva və Rumıniya kimi bir çox ölkələrdəki universitetlərdə təhsil almaq imkanı təklif edirik. . Təmsil etdiyimiz bütün universitetlər üçün qeydiyyatınızla bağlı hər cür məlumatların verilməsindən, müraciətlərinizin edilməsindən, yaşayış yerinizin təşkilindən, uçuş biletinizin alınmasına qədər bütün əməliyyatlarınız AKARE dəstəyi ilə həyata keçirilir.

XARİCDƏ UNİVERSİTET OXUMAQ İSTƏYƏN ABİTURİYENTLƏRİMİZ ÜÇÜN ÖNƏMLİ MƏLUMATLAR!

  • Dünyanın ən yaxşı və öz sahəsində ixtisaslaşmış universitetlərində təhsil almaq fürsətindən istifadə edin.
  • Universitetə ​​təkcə sentyabrda deyil, ara semestrlərdə də başlamaq mümkündür.
  • Dil səviyyəsi kafi olmayan tələbələr üçün dil hazırlığı proqramları təklif olunur.
  • Aşağı qiymət balı olan tələbələr üçün foundation proqramları mövcuddur.
  • Məktəblərimizin əksəriyyəti beynəlxalq səviyyədə tanınır.
  • Planlarınıza uyğun olaraq, sizə uyğun məktəb və proqramı seçməkdə, müraciətlərinizi və təqaüd imkanlarınızı hazırlamaqda pulsuz bələdçilik xidmətimizlə yanınızdayıq.
  • Proqramınız müddətində hər cür konsultasiya xidmətlərimiz davam edir.

XARİCDƏ UNİVERSİTET TƏHSİL EDİLƏ BƏZİ PROQRAMLARIMIZ;

Kompyuter mühəndisliyi

Riyaziyyat və Fizika

Beynəlxalq əlaqələr

Kimya

Sənaye mühəndisliyi

Biznes, İdarəetmə və Marketinq

Hüquq

Biologiya

Elektrik Mühəndisliyi

İqtisadiyyat və Beynəlxalq Biznes

Psixologiya

Rəqəmsal Media

Memarlıq

Bank işi və maliyyə

Sosiologiya

İncəsənət, Media və Dizayn

İndi müraciət et

Xaricdə təhsil almaq istəyirsinizsə, vaxt itirmədən mütəxəssis məsləhətçilərimizlə müraciət prosesinə dərhal başlayaq. Tələbəmizi təhlil etdikdən sonra onların istək və qabiliyyətlərinə uyğun olaraq lazımi ölkə və şöbəyə müraciət və yerləşdirmə prosedurlarını həyata keçirəcəyik. Siz gələcəyiniz üçün doğru ünvandasınız.

Dəyişən şərtlər və qloballaşma ilə bütün dünyada olduğu kimi Azərbaycanda da təhsilə baxış dəyişilib. Texnologiyanın inkişafı, kompüter dövrünə daxil olmağımız, bundan qaynaqlı olaraq tədris materiallarının yenilənməsi ilə əvvəllər məşhur olan yerli universitetlər daha yaxşı və daha sərfəli olan xaricdəki universitetlərlə əvəz olundu. Bu gün bütün abituriyentləri xaricdə universitetdə necə oxumaq sualı düşündürür. Xaricdə təhsilin ən böyük üstünlüklərindən biri xarici dili effektiv öyrənməkdir. Universitet təhsili ilə əlaqədar uzun müddət xaricdə olmuş bir şəxs xarici dili və hətta bir neçə dili daha asan öyrənmiş olacaq.

Xaricdə təhsil həm də vaxt baxımından sərfəlidir. Ölkəmizdə universitetin müddəti hazırlıq sinfi də daxil olmaqla 5 ildir(xarici dildə olan ixtisaslarda). Xaricdə bu müddət bəzi ölkələrdə 3 ildir. İngilis dili bilməyənlər üçün hazırlıq mərhələsi 3 ay ilə 1 il arasında dəyişir. Azərbaycanda 5 il təhsil aldıqdan sonra minlərlə məzundan biri olacaqsınız və çox güman ki, xarici dilinizi kifayət qədər təkmilləşdirə bilməyəcəksiniz. Ancaq xaricdə təhsil alıb qayıtdıqdan sonra beynəlxalq diplomla yanaşı çox yaxşı səviyyədə İngilis dili biliyi ilə qayıdacaqsınız. Bundan əlavə, əksər ölkələr məktəbdən sonra ən azı bir il işləmək imkanı verməkdədir. Bu yolla, oxuduğunuz ölkədə universitet təhsili aldıqdan sonra müəyyən müddət işləyərək və CV-nizdə beynəlxalq bir referans əldə edərək ölkənizə qayıda bilərsiniz. Diplomunuzun çox vacib bir üstünlüyü daha var. Azərbaycanda aldığınız diplomların əksəriyyətində Avropa Birliyində və dünyada qəbul problemi yaşayacaqsınız. Lakin beynəlxalq diplom dünyanın istənilən ölkəsində qəbul edilir.

Hər kəs bilir ki, universitet illəri hər bir universitet tələbəsinin öz missiyasını, baxışını və gələcəyə dair planlarını qurduğu dövrdür. Bütün bu plan və proqramda insana keçdiyi dərslərdən daha çox mühit, şərait və sosial çevrə təsir edir. Xaricdə universitet oxuyan bir insan təhsil aldığı müddətdə yüzlərlə fərqli mədəniyyətdən olan tələbələrlə dostluq edərək fərqli mədəniyyətləri bir arada yaşayır və daha geniş perspektivə malik olur. Bu, tələbənin şəxsi inkişafında və iş həyatında uğur qazanmasında çox fəal rol oynayacaq.

Nəticədə xaricdə universitet təhsili almaq qərarı  gələcəkdə mümkün qədər arzu olunan karyera səviyyəsinə çatdırmağa kömək edəcək radikal bir qərardır. AKARE bu seçimi etmə prosesində hər addımda sizinlə olacaq. Məsləhətçilərimiz sizə uyğun universitet və ixtisas seçilməsi, universitet müraciət prosedurları, ərizə və qəbulun təqibi, viza prosedurları, viza verildikdən sonra aviabilet və yaşayış yerlərinin rezervasiyası zamanı və bütün proseslər müddətində sizə peşəkar dəstək verirlər.

Ölkədən ölkəyə xaricdə təhsil şərtləri fərqli olsa da, bir çox ölkələrdə universitet imtahanı, yəni xaricdə universitet qəbul balları anlayışı yoxdur. Bundan əlavə, abituriyentlər xaricdə istədikləri universitet və ixtisası dəqiq və aydın seçim etmək imkanına sahibdirlər. Tələbələrin öz arzu etdikləri ixtisaslarda təhsil almaları həm universitet həyatına, həm də gələcək iş həyatına müsbət təsir göstərir. Xaricdə təhsil üçün tələbləri aşağıdakı kimi sıralamaq olar; kafi dərəcədə bal ortalaması, xaricdə təhsil almaq üçün xarici dil (ingilis dili) biliyi, yaxşı referanslar və s...

Məşhur inancın əksinə olaraq, xaricdə təhsil o qədər yüksək maliyyətli deyil. Xaricdəki universitet qiymətləri Azərbaycandakı təhsil xərcləri ilə müqayisə edildikdə, bəzi ölkələrdə xaricdə təhsil almaq daha ucuz ola bilər. Ölkədən ölkəyə fərqli olsa da, xaricdə təhsilin illik qiyməti təhsil+qalma yeri+yaşayış xərcləri daxil olmaqla 4000 AZN-dən başlayır.

Xarici universitetlərə qəbul üçün üstünlük yaradan diplom proqramları;

  • AP (Advanced Placement) Proqramı
  • IB (International Baccalaureate) Proqramı
  • A Level Proqramı