Xaricdə Təhsil

Xaricdə Yay Məktəbi

Valideynlər məktəblərin bağlandığı və yay tətilinin başladığı dövrdə övladlarının tətilini daha aktiv və səmərəli keçirmələri üçün xaricdə yay məktəblərinə üstünlük verirlər. Beləliklə, şagirdlər nəinki erkən yaşda xaricdə təcrübə qazanırlar,eyni zamanda gənc yaşda müxtəlif mədəniyyətləri kəşf etməyi də öyrənirlər. Onlar müxtəlif ölkələrdən dostlar qazanıb,bir yandan dil təhsili alarkən, bir yandan da qeyri-adi yay məktəbi təcrübəsi yaşayırlar. Erkən yaşda qazanılacaq bu təcrübə şagirdin fərdi inkişafına, özünə inamına və gündəlik həyatda hadisələrə baxışına təsir edir. 8-17 yaş arası bir çox şagirdlər bu təcrübəni yaşayırlar. Bəlkə də. ilk dəfə övladlarından ayrı qalacaq ailələr, övladlarına şəxsi məsuliyyət hissini inkişaf etdirmək fürsəti verəcəklər. Bu addım nə qədər tez atılsa, müsbət nəticələri bir o qədər çox olacaq. Bu təkcə xarici dil inkişafı üçün deyil, həm də uşağın fərdi inkişafı üçün çox vacibdir.

Yay məktəbində iştirak edə biləcəyiniz ölkələr

İngiltərədəki Yay Məktəbləri

Fransada Yay Məktəbləri

Amerikada Yay Məktəbləri

İspaniyada Yay Məktəbləri

Türkiyədə Yay Məktəbləri

İtaliyada Yay Məktəbləri

Kanadada Yay Məktəbləri

Almaniyada Yay Məktəbləri

Şagirdlərimiz həm fərdi, həm də AKARE tərəfindən təşkil edilən qrupların tərkibində yay məktəbi proqramlarında iştirak edə bilərlər. AKARE konsultantlarının rəhbərliyi altında 2024-cü ilin iyul-avqust aylarında London, Kembric və Eastbourne şəhərlərində keçirəcəyimiz AKARE Yay Məktəbi Qrup Proqramlarının təfərrüatları aşağıdadır:

- Bütün təlimlər təcrübəli İngilis dili müəllimləri tərəfindən keçirilir.
- Həftədə 20 dərs, 45 dəqiqəlik dərslər keçirilir.
- Şagirdlərin sinifləri ilk dərs günündə keçirilən səviyyə yoxlama imtahanı ilə müəyyən edilir.
- Siniflərdə maksimum 20 şagird olur.
- Kurslar əsasən ünsiyyət bacarıqlarını təkmilləşdirmək üçün nəzərdə tutulub.
- Qalacaq yer barədə həssas olan valideynlərimizin narahat olmaması üçün bununla bağlı təfərrüatlardan danışmaq istəyirik;
- Tələbələrimiz vanna otağı olan tək nəfərlik yataqxana otaqlarında yerləşdirilir.
- Bütün otaqlarda çarpayı, şkaf, stol və stul var.
- Otaqlar həftəlik təmizlənir.
- Proqram çərçivəsində tələbələrimizə gündə 3 dəfə yemək veriləcək. Yeməklərdə halal və veqeteryan seçimləri mövcuddur.

Şagirdlərimiz həm fərdi, həm də AKARE tərəfindən təşkil edilən qrupların tərkibində yay məktəbi proqramlarında iştirak edə bilərlər. AKARE konsultantlarının rəhbərliyi altında 2023-cü ilin iyul-avqust aylarında Londonda keçirəcəyimiz Akare Yay Məktəbi Qrup Proqramları haqqında ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.

Akare Yay Məktəbi Qrup Proqramlarımızda öncəliyimiz şagirdlərimizin təhlükəsizliyi, rahatlığı və keyfiyyətli xidmət almaqlarıdır. Türkiyə, Amerika, İngiltərə, Fransa, İspaniya, Malta, İtaliya və Kanada da daxil olmaqla bir çox ölkələrdə yay məktəbi təşkilatları mövcuddur. Valideynlər və şagirdlər öz gözləntilərinə və seçimlərinə uyğun olaraq istədiklərinə qərar verə bilərlər. Bütün yay məktəbləri şagirdlərin dil səviyyələrini yaxşılaşdırmaqla yanaşı, bir çox sosial fəaliyyətlər də təklif edir. Şagirdlər əylənərkən öyrənəcək və həm akademik, həm də sosial cəhətdən özlərini inkişaf etdirəcəklər. Şagirdlər yay məktəbi proqramlarında təkbaşına və ya valideynlərindən biri və ya hər ikisi ilə birlikdə iştirak edə bilərlər. Ailə və Uşaq Yay Məktəbi proqramlarımız haqqında məlumat almaq üçün bizimlə əlaqə saxlayın.

Xaricdə dünya universitetləri reytinqində çox yüksək səviyyədə olan bir universitetdə təhsil almaq istəyən orta məktəb tələbələri hazırlıqlara çox erkən yaşlarından başlamalıdırlar. Pre-College proqramları ilə hər il yüzlərlə abituriyent İngiltərə, Amerika və Kanadanın ən yaxşı universitetlərində akademik dərslər keçir, həmçinin onlar üçün xüsusi hazırlanmış müxtəlif fəaliyyət proqramlarında iştirak edərək orta məktəbdən universitetə keçiddə böyük təcrübə qazanır.