Xaricdə Təhsil

Xaricdə orta məktəb (lisey) təhsili

Xaricdə Lisey Proqramları Azərbaycanlı şagirdlərə xaricdə orta məktəb/lisey təhsili almaq şansı verir.

LİSEY PROQRAMLARINA AZƏRBAYCANLI ŞAGİRDLƏR HANSI MƏQSƏDLƏRLƏ QATILA BİLƏR?

Azərbaycanlı şagirdlər müxtəlif məqsədlər üçün orta məktəb proqramlarında iştirak edə bilərlər. Bunlar aşağıdakılar ola bilər:

  • Xaricdə orta məktəb proqramında iştirak etmək, ingilis dilində və ya üstünlük verdiyi ölkənin ana dilində dil səviyyəsini təkmilləşdirmək və beynəlxalq təcrübəyə malik olmaq.
  • Seçilən yaşayış növündən asılı olaraq ailə yanında və ya yataqxanada qalmaqla, fərqli mədəniyyətlərdən olan insanlarla bir arada yaşayaraq, fərdi inkişafla dil praktikasına eyni anda sahib olmaq.
  • Xaricdə 4 illik orta məktəb təhsili aldıqdan sonra Azərbaycandakı universitetlərdə imtahansız daxil olmaq və ya xaricdə bir universitetdə təhsil almaq.

Orta məktəb/lisey proqramlarında iştirak etməklə Azərbaycanlı tələbələr;

  • İngilis, Türk və ya üstünlük verdiyi ölkənin ana dilini çox yaxşı səviyyədə bilmək,
  • Seçilən ölkənin mədəniyyəti və həyat tərzi ilə yaxından tanış olmaq,
  • Digər mübadilə tələbələri ilə təhsil almaq və çoxmillətli bir strukturu görmək,
  • Ailəsindən uzaq yaşayaraq xarici həyat tərzinə uyğunlaşmaq,
  • və ömürləri boyu heç vaxt unutmayacaqları əvəzsiz bir təcrübəyə sahib olmaq imkanı əldə edirlər!

XARİCDƏ ORTA MƏKTƏB PROQRAMLARI MÜDDƏTİNDƏ QONAQLAMA(YAŞAYIŞ YERİ)

Yerləşdirmə xaricdəki lisey proqramlarında təhsil qədər vacib bir detaldır. Qonaqlama alternativləri olaraq ailə yanında qalmaq və yataqxanada qalmaq kimi iki seçim mövcuddur. Yerləşdirmənin aparılacağı məktəb proqram növündən və ya dövlət/özəl məktəb olmasından asılı olaraq məcburi şərtlər tələb edilə bilər.

AİLƏ YANINDA:

Ən çox seçilən yaşayış növüdür. Tələbələr xaricdə liseydə təhsil aldıqları müddətdə uzun illər işləyən və qonaqlama sahəsində təcrübəsi olan ailələrdən ödənişli olaraq yerləşdirmə xidməti ala bilərlər. Şagirdlərin ailələrə bölünməsi və yerləşdirilməsi məktəblər tərəfindən həyata keçirilir. Bəzi məktəblər yataqxana seçimi tövsiyyə etmədən, yalnız ailə yanında qalmağı tələb edə bilər.

Ailələrin əksəriyyəti maliyyə gözləntisi deyil, evlərinə və üzvlərinin gündəlik həyatına beynəlxalq ab-hava qatmaq üçün məktəblərdən yerləşdirmə xidmətləri tələb edir. Bu səbəbdən də deyə bilərik ki, xaricə orta məktəb mübadiləsi məqsədi ilə gələn tələbələrin məktəbdən əlavə qalan vaxtlarında dil və mədəniyyət yönümlü inkişafında bu ailələrin böyük əməyi var. Ailələr məktəblər tərəfindən “ailə mədəniyyəti, evin fiziki şəraiti, evin gigiyenik şəraiti, ailənin əvvəlki ev sahibi təcrübəsi və s.” kimi meyarlara uyğun olaraq seçilir və seçilmiş ailələrdə yerləşdiriləcək tələbələrin ən yaxşı və ən təhlükəsiz xidməti alması şərtini ödəyən ailələr məktəblər daxilində yerləşdirmə alternativi olaraq təklif edilir. Üstünlük veriləcək ailələrdə xarici lisey təhsil proqramını həyata keçirəcək şagird ilə eyni yaşda və ya yaxın ailə üzvü olması faktoru çox önəmlidir. Rəylərə əsasən, bu tip ailə yerləşdirmələrində şagirdlərin xaricilərlə dostluq etməkdə yaşaya biləcəkləri dil baryeri problemini çox aşağı səviyyəyə saldıqları müşahidə edilmişdir. Şagirdlər həmçinin ailə ilə birlikdə müxtəlif sosial  fəaliyyətlərdə olmaq, ailə ilə alış-veriş etmək və ya ailənin ictimai-sosial fəaliyyətlərində iştirak etmək şansına sahib ola bilərlər.

Yataqxana tipi:

İnternat tipli məktəblərə gedən tələbələrimiz məktəblərin yataqxanalarında qalırlar. Bu yataqxanalar adətən məktəb şəhərciyi ilə eyni yerdə yerləşir və şagirdlər 2, 3 və ya 4 nəfərlik ümumi otaqlarda qalırlar. Otaqlarda eyni millətdən olan şagirdlərin olmaması təmin edilir və şagirdlər otağı özləri kimi  başqa ölkələrdən olan mübadilə tələbələri ilə paylaşa və ya həmin ölkənin yerli tələbələri ilə qala bilərlər. Bu yerləşdirmə tipi şagirdlərə müxtəlif millətlərdən olan dostlar tapmaq, həmyaşıdları ilə sosial vaxt keçirmək və danışıq praktikası keçirmək imkanı verir. Bundan əlavə, daha əvvəl ailəsindən ayrılmamış bir çox şagirdlərə universitetə getmədən öncə müstəqil olmaq və məsuliyyət daşımaq kimi xüsusiyyətlər qataraq onları universitet həyatına hazırlayır.

Məktəb növləri

  • Public High School: Bu tip liseylər dövlət liseyidir. Dövlət liseylərində təhsil alan şagirdlərin yerləşdirilməsi ailə yanında həyata keçirilir. Şagirdlər bu proqramda yalnız bir dəfə (1 il) iştirak edə bilərlər.
  • Private High School: Bu tip liseylər özəl liseylərdir. Özəl liseylərdə təhsil alan tələbələrin yerləşdirilməsi ailə yanında həyata keçirilir. Şagirdlər bu proqramda 1 ildən uzun müddətə iştirak edə bilərlər.
  • Boarding School: Bu tip liseylər internat tipli(yataqxanalı) liseylərdir. Yerləşdirmə məktəblərin yataqxanalarında həyata keçirilir. Şagirdlər bu proqramda 1 ildən uzun müddətə iştirak edə bilərlər.

Proqram təfərrüatları

  • Lisey proqramlarının müddəti şagirdin istədiyi ölkədən və ya gedəcəyi ölkədən asılı olaraq qısa və ya uzun ola bilər.
  • Yerləşdirmə proqram növündən asılı olaraq ailə yanı və ya yataqxanalar ola bilər.
  • Məktəb və ailə yerləşdirmələri AKAREnin ekspert konsultantları tərəfindən həyata keçirilir.
  • Proqram müddətincə bütün tələbələrə dəstək verilir.

Proqramda iştirak şərtləri

  • Beynəlxalq bir təcrübə yaşamağa mental(zehni) olaraq uyğun olmaq,
  • Proqrama başladığınız zaman 15-18 yaş arasında olmaq,
  • Qiymət ortalaması 100-dən ən azı 60 və ya 5-dən ən azı 3.00 olması,
  • ELTIS imtahanında (İngilis dili testi) ən azı orta səviyyədə bal toplamaq üçün ingilis dili səviyyəsinə malik olmaq.

Proqram Prosesləri

  • Şagirdin İngilis dili səviyyəsini müəyyən etmək üçün AKARE ofisində ELTIS imtahanı verilir.
  • Şagird və valideynlərin gözləntilərinə uyğun olaraq AKARE məsləhətçiləri tərəfindən şagird uyğun liseyə yerləşdirilir və viza üçün lazımi hüquqi sənədlər istənilir.
  • Şagird viza üçün müraciət edərək vizanı alır və qonaqlama(yerləşdirmə) məlumatları alınır.
  • Şagird məktəb başlama tarixindən ən azı 2 gün əvvəl səfər edir və yerli oriyentasiyada iştirak edir.
  • AKAREnin dəstəyi proqram müddətincə davam edir.