Xaricdə Dil Kursları
Xaricdə dil təhsili sizə dili həyatın hər anında yaşayaraq öyrənmək fürsəti təqdim edir. Dil öyrənməyiniz təkcə sinifdə dərs izahı, testlər və sinifdə ünsiyyəti ilə məhdudlaşmayacaq, həm də çoxlu təcrübə imkanlarına sahib olacaqsınız! Xaricdə dil kursu seçimləri arasından sizə ən uyğun olanını seçərək yeni insanlar və yeni mədəniyyətlərlə tanış olun. Akare Xaricdə Təhsil Mərkəzi olaraq bütün gözləntiləri və tələbləri qarşılamaq üçün Türkiyə, Amerika, İngiltərə, İrlandiya, Kanada, Avstraliya, Malta, Cənubi Afrika, Almaniya, Fransa, İspaniya, İtaliya və Rusiya kimi ölkələrdə 250-dən çox yüksək səviyyəli akkreditasiyaya sahib dil kursları ilə partnyorluq edirik.
Akare Xaricdə Təhsil Mərkəzi olaraq şagird və tələbələrimizə “Ən Yaxşı Qiymət Zəmanəti” təklif edirik! Tələblərinizə və büdcənizə uyğun olaraq xaricdəki ən yaxşı dil məktəblərindən ən münasib qiymət təkliflərini əldə etmək üçün məlumat sorğusu formumuzu indi doldurun.

Dil təhsili ala biləcəyiniz bəzi ölkələr
İngiltərədəki Dil Kursu
Avstraliyada Dil Kursu
Avstriyada Dil Kursu
Polşada Dil Kursu
Amerikada Dil Kursu
İrlandiyada Dil Kursu
İspaniyada Dil Kursu
Dubayda dil kursu
Kanadada Dil Kursu
Maltada Dil Kursu
Fransada Dil Kursu
Koreya Dil Kursu
Türkiyədə Dil Kursu
Almaniyada Dil Kursu
İtaliyada Dil Kursu
Çində Dil Kursu
Gedəcəyiniz ölkədə yaşamaq üçün həmin dildən istifadə etmək məcburi olacağı üçün dilin öyrənilməsi, inkişafı daha sürətli və səmərəli olacağı kimi sözlərin düzgün tələffüzünü öyrənmək imkanı da yaranacaq. Xaricdə dil təhsili aldıqdan sonra alacağınız məzuniyyət sertifikatı sizə gələcəkdəki təhsilinizdə, karyeranızda, iş müraciətlərinizdə və həyatınızda bir çox üstünlük və rahatlıq gətirəcək. Xarici dil öyrənmək bu gün demək olar ki, zərurətə çevrilib. Rabitə vasitələrinin artması və texnologiyanın inkişafı ilə əlaqədar dünyada ticarətin qloballaşması bir deyil, bir neçə fərqli dil bilməyi zəruri edir.
Xaricdə dil öyrənməyin öz ölkəndə dil öyrənməkdən bir çox üstünlükləri var. Bir körpənin heç bir təhsil almadan danışmağı ancaq ətrafındakı səsləri və danışılan sözləri dinləməklə öyrəndiyini nəzərə alsaq, xarici dili o dilin danışıldığı bir mühitdə öyrənməyin nə qədər təsirli ola biləcəyini təxmin edə bilərik.
Dil öyrənməyin ən asan hissəsi başlamaqdır. Səviyyə irəlilədikcə öyrənmə prosesi paralel olaraq uzanır. Standart proqramla siz orta hesabla bir il ərzində bir xarici dili effektiv , istifadə edə biləcəyiniz şəkildə öyrənirsiniz. Əgər o qədər vaxtınız yoxdursa, intensiv proqramlarla bu müddəti 6 aya qədər qısalda bilərsiniz. Təhsillə yanaşı gündəlik həyatınızda da maksimum dərəcədə praktika etməyiniz vacibdir.
Öyrəndiklərinizi həyatınıza nə qədər çox inteqrasiya etsəniz, öyrənmə prosesiniz bir o qədər qısa olacaq.
Xaricdə dil öyrənərkən bu vaxtı minimuma endirmək üçün ilk və ən vacib qayda Azərbaycan dilindən uzaq durmaqdır. Dünyanın harasında olursunuzsa olun, əgər davamlı olaraq Azərbaycanca danışsanız, demək olar ki, Azərbaycanda dil təhsil alan biri ilə paralel olaraq öyrənəcəksiniz. Həm də xarici dil öyrənərkən öyrəndiyiniz hər şeyi Azərbaycan dilinə birə bir çevirməyə çalışmamalısınız. Sizə İngilis dilində nə isə deyiləndə siz əvvəlcə onu Azərbaycan dilinə çevirib, Azərbaycanca cavabı beyninizdə formalaşdırıb, bu cavabı İngilis dilinə çevirməyə çalışmağınız sizə həm vaxt itkisi olar, həm də öyrəndiyiniz dilin ümumi anlayışını, məntiqini dərk etməyinizi gecikdirər.
Xaricdə dil öyrənməyin maddi tərəfinə nəzər salsaq, demək olar ki, hər büdcəyə uyğun variantlar var. Bilinənin əksinə, xarici dil məktəblərinin qiymətləri çox da baha deyil. Maddi vəziyyətiniz çox yaxşı deyilsə, həm dərsə gedib, həm də işləyə biləcəyiniz bir ölkəni seçə bilərsiniz. Məsələn, Avstraliya, İrlandiya kimi ölkələrdə təhsillə birlikdə iş icazəsi verilir.
Xaricdə dil təhsili müxtəlif məqsədlər üçün verilir. Məsələn, dil təhsilindən sonra universitet təhsilini davam etdirəcək tələbələr üçün akademik dil proqramları, imtahanlara hazırlıq proqramları, xüsusi bir sahədə dil biliklərini artırmaq istəyənlər üçün biznes, hüquq, turizm, tibbi ingilis dili kimi proqramlar və bir çox fərqli məqsədlər üçün bir sıra başqa proqramlar təklif olunur.
İdarəçilər üçün Biznes İngilis dili
CELTA-DELTA kursları
Hüquqi İngilis dili
Tibbi İngilis dili
Aviasiya İngilis dili və s.
Əgər xaricdə dil öyrənmək qərarına gəlmisinizsə, proqramınızı və hansı ölkədə olmaq istədiyinizi çox diqqətlə seçməlisiniz. AKARE bu prosesdə sizə işıq tutacaq, yol göstərəcək. Məktəbinizi və proqramınızı seçdikdən sonra müraciətiniz və qəbulunuz, yaşayış yerinizin təşkili, viza prosedurlarınızın əksiksiz tamamlanması, vizanızı aldıqdan sonra uçuş biletinizin təşkili, getdiyiniz ölkədə qarşılanmanın təşkili və bütün təhsil müddətində AKAREnin ödənişsiz və peşəkar konsultasiya xidmətindən yararlanacaqsınız. Bundan əlavə, əvvəllər xaricdə dil təhsili almış şəxslərin şərhləri sizə bələdçi olacaq. Bunun üçün xaricdə dil təhsili almış tələbələrimizin şərhlərini araşdıra bilərsiniz.